“Əziz həmvətənlər bu bəyanatın tarixi əhəmiyyəti var. Bu bəyanat videokonfrans formatında imzalanıb. Bəyanat üç ölkə tərəfindən imzalanmalı idi. Lakin son anda Ermənistanın baş naziri bəyanatı imzalamaqdan imtina etdi. Buna görə görə də bəyanatı mən və Rusiya Prezidenti imzaladıq”.
HİT.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.
O qeyd edib:
“Rusiya və Ermənistanın dövlət başçıları bu sənədi imzalayacaqlar.
Paşinyanın bu hərəkəti başa düşüləndir. Paşinyan onsuz da bu bəyanatı imzalayacaq. Bu bəyanat bizim şanlı qələbəmizdir”.
Ali Baş Komandan onu da əlavə edib ki, Şuşa və noyabrın 9-da 72 yaşayış məntəqəsinin işğaldan azad edilməsi Ermənistan ordusunun belini qırıb:
“Bu bəyanat uzun illər davam edən işğala son qoyur”