Arutyunyanın son dəfə dua etdiyi kilsə... -  Şuşanın yeni görüntüləri (VİDEO)

ÖLKƏ
11:06 / 11.11.2020
5740

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev noyabrın 8-də Azərbaycanın mədəniyyət beşiyi Şuşanın 28 il sürən erməni işğalından azad olunduğunu elan edib.

Noyabrın 9-da isə Müdafiə Nazirliyi Şuşanın azad olunduqdan sonra çəkilmiş ilk görüntülərini yayımlayıb.

Həmin kadrlar uzun illər doğma yurd yerimizə həsrət qalan xalqımızı yaralarına sanki məlhəm olub.

Bu gün isə zəfər xəbərləri fonunda Şuşadan yeni görüntülər paylaşılıb.

Bu görüntülərdə şəhərin Qazançı kilsəsi diqqət çəkir.

Qeyd edək ki, bu kilsədə məğlubiyyət ərəfəsində qondarma işğalçı rejimin rəhbəri Araik Arutyunyan dua etmiş, bunu əks etdirən görüntülər geniş müzakirələrə səbəb olmuşdu.

 

0