Dilqəmlə Şahbazın təhlükəsizliyilə bağlı danışıqlar gedir

ÖLKƏ
11:40 / 11.11.2020
1006

Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərin təhlükəsizliyilə bağlı danışıqlar gedir.

Bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəbəri İlahə Hüseynova azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin Şuşa həbsxanasından Ermənistana köçürülməsilə bağlı danışarkən bildirib.

İ.Hüseynova deyib ki, BQXK saxlayan tərəflərlə daimi dialoqdadır:
“Biz saxlanılan şəxslərin təhlükəsizliyilə dair münaqişə tərəflərilə bağlı dialoq aparırırıq. Amma şəxslərə başçəkmə ilə bağlı hər hansı yeni informasiya yoxdur”.

Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü il iyul ayında Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüblər. İşğal altındakı Dağlıq Qarabağda hər iki şəxslə bağlı qurulan “məhkəmə” qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, BQXK bir neçə gün əvvəl Ordumuzun Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda apardığı əks-hücum əməliyyatları zamanı hər iki şəxsin Şuşadan Ermənistana köçürüldüyünü təsdiqləyib.

1
Modern.az