Özünü qondarma “Dağlıq Qarabağ respublikası”nın “prezident”i kimi təqdim edən Arayik Arutyunyan hərbi əməliyyatları dayandırmaq üçün Ermənistan Baş naziri Nikol Paşinyana müraciət etdiyini etiraf edib.
Modern.az xəbər verir ki, separatçı rejimin “başçı”sı bu barədə öz feysbuk hesabında açıqlama verib.
“Döyüşlərə son qoymaq məqsədilə özüm də Ermənistanın Baş nazirinə müraciət etdiyimi bir daha təsdiqləyirəm. Bu qərar silahlı qüvvələrin komandanlığının belə bir ehtiyac üzərində israr etməsi və hərbi vəziyyətin nəzərə alınması yönündə qəbul edilib”,- deyə Arutyunyan qeyd edib.
Onun sözlərinə görə, erməni tərəfinin müəyyən ciddi problemləri var idi, bu şəraitdə müharibənin davam etməsi daha böyük insanın və hər şeyin itirilməsinə səbəb olacaqdı.