Dağılmış Laçın körpüsü - VİDEO

ÖLKƏ
17:19 / 13.11.2020
7652

"Ehtimal olunur ki, körpü 4 noyabrda bombalanıb, həmin gün Azərbaycan Silahlı Qüvvələri zirehli texnika da daxil olmaqla Berdzor (Laçın) şəhərinə keçməyə çalışırdı”.

Qaynarinfo xəbər verir ki, bu sözlər dağıdılmış Laçın körpüsünün videosunu yayan "Sputnik Armeniya”nın xəbərində yer alıb. 

Xəbərdə deyilir ki, "Sputnik Armeniya”nın müxbirləri Azərbaycan Silahlı Qüvvələrinin bombaladığı Laçın yolundakı körpünü lentə alıblar. Bu körpü İrəvan və Xankəndini birləşdirir.

Qeyd edək ki, bu yolla yaxınlarda Rusiya bayrağı altında "Qrad" maşını da keçib, - xəbərin sonunda deyilir.

1