Yaralansa da, 23 hərbçinin həyatını xilas etdi (VİDEO)

ÖLKƏ
09:34 / 15.11.2020
2555

Şuşa uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıq bir anda sosial şəbəkələrin gündəminə düşdü. O, özü yaralı olsa da, güc toplayaraq yaralı əsgər yoldaşlarını bir-bir döyüş zonasından çıxardı.

HİT.Az "Xəzər TV"yə istinadən xəbər verir ki, söhbət Samux sakini Babək İsmayılovdan gedir.

O, Vətən müharibəsi başlayanda valideyinləri və doğmaları ilə halallaşaraq döyüşə yollanıb.

Döyüşlər zamanı Babək İsmayılov yaralanmış 23 əsgəri ərazidən uzaqlaşdıraraq, həyatlarını xilas etməsi valideynlərinin ürəyini dağa döndərib. O da Şuşanın azad edilməsi uğrunda gedən döyüşdə yaralanıb.

Babək İsmayılov hazırda müalicə alır. Onun özü ilə görüşə bilməsək də, telefon əlaqəsi yaradıb, hal-əhval tutduq.

İndi Babəklə təkcə öz ailəsi deyil, bütün Azərbaycan xalqı qürur duyur.

0