Ermənistan tərəfi Kəlbəcərdəki insanların çıxarılmasına görə əlavə vaxt istədi

ÖLKƏ
14:56 / 15.11.2020
1970

“Noybarın 10-da imzalanan üçtərəfli bəynatın icrası istiqamətində işlər davam etdilir. Dünən Prezident İlham Əliyevlə Rusiya prezidenti arasında telefon danışığı olub”.

HİT.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Kəlbəcərdən Ermənistan tərəfi orda olan insanların çıxarılmasına görə 25 noyabra qədər vaxt istəyib: “Azərbaycan tərəfi humanizmdən çıxış edərək 25 noyabra qədər Azərbaycanın işğal olunmuş ərazisi olan Kəlbəcərdən ermənilərin çıxarılması ilə bağlı qərar qəbul edilib”.

38