Ermənistanın girov saxladığı Dilqəm Əsgərov və Şahbaz Quliyevin harada saxlanılması məlum olub.
HİT.Az xəbər verir ki, bu barədə Dilqəm Əsgərovun qardaşı Sahib Musayev sosial şəbəkədə məlumat yayıb.
Yenisabah.az-a bu barədə açıqlama verən S.Musayev qeyd edib ki, Qırmızı Xaç Komitəsi cümə günü - noyabrın 13-də Ermənistanın Şirak vilayətində hər iki girova baş çəkib. O hər iki şəxsin sağ-salamat olduğunu bildirib.