Ölkə əhalisinin sayı ilin əvvəlindən 49 184 nəfər və ya 0,5 faiz artaraq 2020-ci il oktyabr ayının 1-i vəziyyətinə 10 116 292 nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən HİT.Az-a verilən məlumata görə, əhalinin ümumi sayının 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub.