10 min erməni mövqelərini atıb qaçdı – Erməni general

ÖLKƏ
16:08 / 17.11.2020
2532

II Qarabağ savaşı zamanı 10 min erməni hərbçisi öz hərbi mövqelərini ataraq qaçıb.

HİT.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin eks-komissarı general-mayor Levon Stepanyan deyib.

“Biz nə etməliyik? Onlar cinayətkardırlar. Onları cəzalandırmaq lazımdır. Amma 10 min adamı necə cəzalandırasan?” – deyə o bildirib.

Qeyd edək ki, fərarilik Ermənistanda ciddi müzakirə edilir və Stepanyan artıq ikinci dəfədir kütləvi hal olduğu üçün onları cəzalandırmağın mümkünsüzlüyünü etiraf edir.

0