İkinci Qarabağ müharibəsinin ilk şəhidləri – Əhmədov qardaşları (VİDEO)

ÖLKƏ
18:16 / 18.11.2020
4483

Mingəçevirdən olan iki qardaş - Əli və İslam Əhmədovlar İkinci Qarabağ müharibəsində Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə eyni gündə şəhidlik zirvəsinə ucalıblar.

Əhmədovların anası Sevinc Əhmədova “ATV xəbər”ə müsahibəsində övladlarının millətini, xalqını çox sevdiyini deyib:

“İslam həmişə deyirdi ki, ana, mən şəhid olacağam. Həmişə onu deyirdi. Əli də institutu qurtarıb əsgərliyə getdi, sülhməramlıya düşdü. Altı ay Bakıda, 6altı ay da Əfqanıstanda qulluq elədi. İslam həmişə deyirdi ki, ana, sən fəxr elə ki, oğullarının ikisi də əsgərlikdə medal alıb gəlib”. S.Əhmədova oğullarını atasız böyüdüb. Birinin 27, digərinin isə 26 yaşı olub. Vətən müharibəsinin ilk günü əvvəl kiçik, bir neçə saat sonra isə böyük oğlunun şəhid xəbərini alıb:“Birinci İslam şəhid olub, sonra Əli. Amma birinci Əli gəlib, böyük qardaşı İslama yol verib ki, qoy birinci böyük qardaşım getsin. Əlini dəfn edib gələndən sonra İslamı gətirdilər”.

Şəhid anası əalvə edib ki, Əlinin toyuna hazırlaşıblar. Vağzalı çaldırıb gəlin gətirəcəyi günün xəyallarını quran ana iki oğlunu birdən son mənzilə yola salıb. İslamın xəyalları yarım, Əlinin bəy kostyumu otağından asılı qalıb: “İslam subay idi, Əliyə nişan aparmışdıq. Evi təmir edirdik. Yanvarın 5-də Əlinin ad günü idi, dedik, onda elə toyunu da edərik”.

Hər iki qardaş döyüşlərdə qəhrəmanlıqları ilə seçilib. Ağdərə rayonu istiqaməti uğrunda gedən döyüşlərdə şəhid olublar. İslam müharibəyə gedən gün dostu Fuad Hacıyevlə görüşüb vidalaşıb: “Dedi gedirik, inşallah şəhidlik zirvəsinə yüksələrik. Son tapşırığı anası oldu. Anasını mənə mənə tapşırdı”.

 

2