“ŞUŞA” adı şəhərin girişinə belə quraşdırıldı - VİDEO

ÖLKƏ
15:30 / 18.11.2020
2467

Azərbaycan Respublikasının şanlı və müzəffər ordusu Şuşa şəhərini işğaldan azad etdikdən sonra tarixi adı bərpa olunaraq şəhərin girişində müvəqqəti konstruksiya ilə qeyd etmişdi.

“Berg Energy” komandası bu müvəqqəti konstruksiyanı yeniləyərək ŞUŞA adını bayrağımızın rənglərində yenidən hazırlatdırıb və şəhərin əsas girişində əsgərlərimizlə birlikdə quraşdırıb. Bu prosesi və himnimizin səsləndirilməsini Xankəndinə gedən yolda sülhməramlı missiyanı yerinə yetirən rus əsgərləri də izləyib. Şuşa adının latın hərfləri ilə asılma anının videosunu sizlərə təqdim edirik.

0