Ermənilər Füzuli məscidini bu hala salıb - FOTOLAR

ÖLKƏ
16:39 / 19.11.2020
1743

Ermənilər işğal altında olan illərdə Füzuli şəhərində yerləşən tarixi məscidi yerlə-yeksan ediblər. Məscidin yalnız bəzi divarları salamat qalıb. 

“Qafqazinfo” xəbər verir ki, həmçinin Füzuli şəhər məzarlığı da dağıntılara məruz qalıb. Qəbir daşlarının əksəriyyəti sökülüb, bəziləri isə oğurlanıb. Hətta məzarların ətrafındakı dəmir hasarların da sökülərək aparıldığı bildirilir.  

Xatırladaq ki, bununla yanaşı, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndindəki qəbiristanlıq da ermənilər tərəfindən dağıdılıb.

0