Müəmması bu günə qədər davam edən faciə - 29 il ötdü

10:53 / 20.11.2020
1613

Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində Azərbaycana məxsus "Mi-8" helikopterinin vurulmasından 29 il ötür.

HİT.Az xəbər verir ki, 1991-ci il noyabrın 20-də Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlərinin içində olduğu helikopterin vurulması nəticəsində 22 nəfər həlak olub.

Bu dəhşətli terrorun Ermənistan silahlı bölmələri tərəfindən həyata keçirildiyi bildirildi.  Lakin vertolyotun qara qutusunun Moskvaya aparılması hadisənin tam açılmasının qarşısını aldı. 

Həmin vaxt həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, Baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də var. 

Moskvaya aparılan qara qutunun aqibəti isə bu gün də qaranlıqdır.  Çünki bu müddət ərzində qara qutudakı məlumatlar əvəzinə qutunun özünün də yandığı xəbəri verildi. Odur ki, Azərbaycanın nüfuzlu, yüksək vəzifəli ictimai-siyasi xadimlərinin həlak olduğu həmin dəhşətli hadisə ilə bağlı müəmma bu günə qədər davam edir. 

0