İlham Əliyev bu qanuna DƏYİŞİKLİK ETDİ

ÖLKƏ
15:22 / 23.11.2020
1388

Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Milli Məclisin qəbul etdiyi qanunu təsdiqləyib.

HİT.Az xəbər verir ki, dəyişikliyə əsasən, Məcəllənin əmlakın siyahıya alınması ilə bağlı 89-cu maddəsinin 13-cü bəndinə əlavə edilib. 

Bu əlavə markalanmış əmlaklarla yanaşı, məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış əmlakların da siyahıya alınması qaydasını müəyyən edir.

0