Nərimanov Rayon İcra Hakimiyyətində yeni TƏYİNAT

ÖLKƏ
16:20 / 23.11.2020
4681

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının I müavini vəzifəsinə yeni təyinat olub.

HİT.Az "Report"a istinadla xəbər verir ki, onunla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, İradə Mahmudova icra başçısının I müavini təyin edilib.

İ.Mahmudova bu təyinata qədər Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini vəzifəsində çalışırdı.

Qeyd edək ki, bundan əvvəl icra başçısının I müavini vəzifəsini Şahmar İbadov tuturdu.

7