Övladının əlindən tut... 

14:05 / 24.11.2020
739

Dünən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 4-cü qrant müsabiqəsi çərçivəsində Daşkəsən şəhəri Anar Mürsəlov adına 2 saylı tam orta məktəbin müəllimi Türkan Məcidovanın “Övladının əlindən tut” layihəsi çərçivəsində ilk seminarı uğurla həyata keçirilib.

HİT.Az xəbər verir ki, seminar mövcud vəziyyətlə əlaqədar olaraq Zoom proqramında təşkil olunub. Seminarı giriş sözü ilə layihə rəhbəri açaraq qarşıya qoyulmuş məqsəd, şagirdlərə valideyn-müəllim dəstəyinin verilməsi, onların cəmiyyətə inteqrasiyası, təhsil alanlara psixoloji və mənəvi dəstəyin göstərilməsi ilə bağlı danışıb.

Seminarda Daşkəsən şəhər, Anar Mürsəlov adına 2 saylı tam orta məktəbinin rəhbəri, müəllimləri və layihəyə uyğun olaraq 25 nəfər valideyn iştirak edib. İştirakçılardan müəllimlər çıxış edərək valideyn dəstəyi ilə uğur qazanılmasını, şagirdlərdə özünə inam hissinin yaradılmasının vacibliyini qeyd ediblər. Həmçinin valideynlərin sualları cavablandırılıb. 


               

0