İlham Əliyev Xocalı və Xocavəndin kəndləriylə bağlı QANUN İMZALADI

ÖLKƏ
20:00 / 25.11.2020
2727

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında qanunu imzalayıb.

HİT.Az-ın məlumatına görə, qanuna əsasən, Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılıb.

Bundan başqa, dövlət başçısı Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında qanunu da imzalayıb.

Qanuna əsasən, Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsi tərkibindəki Tsakuri kəndi Hünərli kəndi adlandırılıb.

0