İcra başçısı koronavirusdan ÖLDÜ

ÖLKƏ
23:25 / 27.11.2020
1919


Ağsu rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev vəfat edib.

Bunu Trend-ə açıqlamasında icra başçısının qohumları deyib. Məlumatına görə, V. Tağıyev bu gün axşam saatlarında xəstəxanada keçinib. Həkimlərin səyinə baxmayaraq V. Tağıyevin həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, icra başçısı bir müddət əvvəl koronavirusa yoluxmuşdu və Bakıdakı tibb mərkəzlərindən birində müalicə olunurdu.


1