"Ermənistan ordusu Qarabağdan tamamilə çıxacaq" - Hərbi ekspert

ÖLKƏ
11:57 / 01.12.2020
712

"Xankəndi, Xocalıda da Azərbaycan bayrağı dalğalanacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib. Ekspert hesab edir ki, bu torpaqda yaşayan hər bir kəs Azərbaycan qanunlarına tabe olmalıdır:

"Vətəndaşlar narahat idi, insanlar inanmırdı. Bu da başa düşüləndir. Ermənilər illərlə danşıqlara əməl etmirdilər, danışıqlar dəfələrlə pozulmuşdu. Amma bu dəfə fərqli vəziyyət idi. Azərbaycan ordusunun böyük qələbəsi var, düşmənin böyük texnikası və canlı qüvvəsi məhv edilib. Düşmən Azərbaycan ordusu qarşısında duruş gətirə bilmədi. Onların özlərinə gəlməsi üçün on illlərlə vaxt lazım olacaq. Azərbaycanın isə güclü və qüdrətli ordusu var”. 

Emin Həsənli qeyd edib ki, Ermənistan Azərbaycanın irəli sürdüyü bütün şərtlərə əməl etməlidir:

"Ermənistan qoşunları bütünlüklə Qarabağdan çıxarılacaq. Qarabağ Azərbaycanın ərazisidir”.

0