Sürücülərin nəzərinə: xüsusi hərəkət zolaqları yaradılır

14:26 / 01.12.2020
774

"Bakı Nəqliyyat Agentliyi tərəfindən paytaxt ərazisində 10 küçə və prospektdə avtobuslar üçün xüsusi hərəkət zolağının yaradılması ilə bağlı Nazirlər Kabineti yanında Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına təkliflər verilib".

APA-nın məlumatına görə bunu jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

O bildirib ki, həmin təklifə Nazirlər Kabinetində baxılıb, bunun əsasında həmin küçə və prospektlərdə xüsusi zolaqların yaradılmasına icazə verilib: "İcazə əsasında paytaxtın Qara Qarayev, Gəncə və Atatürk prospektləri, Mikayıl Hüseynov, Şərifzadə, Rəşid Behbudov, Əhməd Rəcəbli, Müzəffər Həsənov küçələrində xüsusi avtobus zolaqlarının təşkil edilməsi planlaşdırılır".

Mais Ağayev qeyd edib ki, hazırda Mikayıl Hüseynov xüsusi zolaq yaradılıb və gərəkli olan yol nişanları quraşdırılıb və işarələnmə öz həllini tapıb.

0