Fərhad Abdullayev təltif edildi

ÖLKƏ
16:12 / 02.12.2020
1148

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Qazaxıstan Respublikasının II dərəcəli “Dostık” ordeni ilə təltif edilib.

Qazaxıstanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, konstitusionalizm ideyaların və prinsiplərin inkişafına, Qazaxıstanın və Azərbaycanın konstitusional orqanları və xalqları arasında mövcud olan dostluğun və əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi böyük töhfələrə görə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Sərəncamların yerinə yetirilməsi çərçivəsində, 2 dekabr 2020-ci il tarixində, QR-nın Bakıdakı Səfiri S.Abdıkarimov Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Sədri F.Abdullayevi Qazaxıstan Respublikasının II dərəcəli “Dostık” ordeni, AR-nın Konstitusiya Məhkəməsi Apparatının Rəhbəri R.Quliyevi isə “Qazaxıstan Konstitusiyası – 25 il” yubiley medalı ilə təltif edib.

Azərbaycan Respublikasının Konstitusiyasının 25-illiyi və işğal olunmuş ərazilərin azad edilməsi münasibətilə Səfir Azərbaycan tərəfə həmin ərazilərdə Konstitusiya nəzarətin və qanuniliyin, Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında bərpa edilməsi ilə əlaqədar öz təbriklərini çatdırıb.

Qazaxıstanlı diplomat, həmçinin, qardaş ölkələrin və xalqların rifahı naminə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin rəhbərliyinə və kollektivinə Qazaxıstan Respublikasının Konstitusiya Şurası ilə ikitərəfli və çoxtərəfli formatda uzunmüddətli əməkdaşlığa və faydalı tərəfdaşlığa görə təşəkkür edib.

0