Suqovuşana çəkiləcək avtomobil yolu minalardan təmizləndi

ÖLKƏ
09:12 / 03.12.2020
640

Tərtər rayonundan Suqovuşan kəndinə çəkiləcək avtomobil yolunun mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənilməsi əməliyyatı başa çatıb.

Bu barədə HİT.Az-a ANAMA-dan məlumat verilib.

Məlumatda bildirilir ki, 118 ədəd piyada əleyhinə mina, 99 ədəd tank əleyhinə mina, 4 ədəd tank əleyhinə minanın partladıcısı və 7 ədəd partlamamış hərbi sursat (PHS) (cəmi: 228 ədəd) aşkar edilərək zərərsizləşdirilib.


0