Koronavirusla qripin fərqi nədir? - TƏBİB AÇIQLADI

ÖLKƏ
22:03 / 03.12.2020
1145

Koronavirus və qripin çox oxşar simptomları olsa da, ciddi fərqləri də mövcuddur.

HİT.Az TƏBİB-ə istinadla xəbər verir ki, qrip və koronavirus arasındakı ilk əhəmiyyətli fərq odur ki, qripin simptomları daha sürətli yayılır. Covid-19-a gəldikdə, əvvəldə özünüzü sadəcə bir az narahat və zəif hiss edə bilərsiniz.

Covid-19-un simptomları

– yüksək hərarət və ya üşütmə

– öskürək

– nəfəs darlığı və ya nəfəs almaq çətinliyi

– yorğunluq və zəiflik

– əzələ və ya bədən ağrısı

– baş ağrısı

– qoxu və dad itkisi

– boğaz ağrısı

– burun tutqunluğu və ya axması

– mədə ağrısı, ishal

– ürək bulantısı

Qipin simptomları

– öskürək

– yüksək hərarət (olmaya da bilər)

– boğaz ağrısı

– burun tutqunluğu və ya axıntısı

– əzələ və ya bədən ağrısı

– baş ağrısı

– yorğunluq

Oxşarlığın çox olması səbəbindən xəstəliklərin müəyyən edilməsi çətinləşə bilər. Tövsiyə olunur ki, hər hansı yoluxma əlaməti hiss etdikdə özünüzü təcrid edin və mütəxəssislərə dərhal müraciət edin!

0