Bu gün “Günəşli” yatağında baş verən faciədən 5 il ötür.
HİT.Az-ın verdiyi xəbərə görə, 2015-ci il dekabr ayının 4-də "Günəşli" neft yatağı platformasının cənub bölməsində baş vermiş dəhşətli yanğın nəticəsində 11 neftçi həlak olub, 19 nəfər isə itkin düşüb. Bu ilin may ayında daha 3 neftçinin cəsədi dənizdən tapılıb.
Xatırladaq ki, qəza baş verən zamanı platformada olan 63 işçidən 33 nəfəri xilas edilib.
Hadisə ilə əlaqədar Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 2015-ci ilin 6 dekabr tarixində matəm günü elan olunub.
SOCAR-ın rəsmi açıqlamasında bildirilmişdi ki, su altındakı 10 saylı platformanın qaz kəməri qasırğa ucbatından zədələnib və nəticədə yanğın baş verib