Paşinyanın səsi niyə batmışdı? – Rus mediasından maraqlı yazı

13:34 / 04.12.2020
1116

Rusiyanın “Kommersant” qəzeti Ermənistanın Baş naziri Nikol Paşinyanı ələ salıb.

Yenisabah.az xəbər verir ki, qəzet Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) virtual sammitində çıxış edərkən müasir texnologiya barədə anlayışı olmamasını qabardıb.

Qəzet yazır: “Putin Paşinyana söz verdikdən sonra o çıxışına başladı:

-Son iki ay erməni xalqı üçün qarşıdurma mərhələsi oldu, - Paşinyan dedi və sonra səsi xaincəsinə “itməyə” başladı. Sanki Azərbaycan hərbçiləri müharibə dövründə olduğu kimi çıxışının ən maraqlı yerində onun səsini kəsməyə adət ediblər.

“Pardon, texniki problemlər var”, - Nikol Paşinyan qəribə utancaqlıqla Vladimir Putinə baxdı.

Yəni, burada da bacarmadı.

"Bəli, eşidirik",- Rusiya prezidenti başını yellədi.

Ümid edirəm ki, o,(Putin-red) hər kəsin Ermənistan Baş nazirinin texniki problemlərin olduğunu söyləməsini deyil, hər şeyə rəğmən yenə də onu dinlədiklərini nəzərdə tuturdu.

“Türkiyə və Orta Şərqdən olan muzdlu terrorçular tərəfindən dəstəklənən Azərbaycan erməni xalqına qarşı müharibəyə başladı...”, - Nikol Paşinyan sözlərini davam etdirdi, amma elə bu an yenə səsi kəsildi.

Bu zaman o qəfildən cibindən nələrsə çıxarmağa başladı. Diqqət etdikdə bunların mobil telefonlar olduğu aydın olur.

Beləliklə, Nikol Paşinyan bütün bu müddət ərzində özü öz səsini kəsib. Yəni, o çıxışına başlamışmdan əvvəl cibindəki telefonları söndürməyib və onlardan birinə zəng gəlib.

Ermənistanın Baş naziri gizlincə sağ əli ilə telefonları kənara itələdi. Bütün bunlar əlbəttə biabırçı səhnələr idi.

Ancaq zəng edilən telefonun o bir başındakı şəxs yenidən zəng vurdu. Bu dəfə telefon düz masanın üzərində titrədi. Nikol Paşinyan hər ehtimala qarşı əli ilə telefonun üstün örtdü. Görünür, bütün bunların başa çatması üçün  hələ də nə edəcəyini bilmirdi.

Bəli, müasir kommunikasiyalara qarşı belə bir münasibətlə  21-ci əsrin müharibəsini qazanmaq olmaz”.

0