Ermənistan və Azərbaycan arasında hərbi əsirlərin əvəzlənməsi prosesi “hamının hamıya” prinsipi əsasında gerçəkləşdirilməlidir.
Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, bu prinsip həm Qarabağ müharibəsi, həm də ona qədər olan dövrdə əsir düşənlərə aid edilməlidir:
“Hər kəs geri qaytarılmalıdır. Əgər gələcəkdə yeni adlar bəlli olarsa, onların mübadiləsinin problem olmaması üçün mexanizm yaradılmalıdır”.
O, hazırda itkin düşənlərin axtarışının aparıldığını bildirib.
Paşinyan 9 noyabrdan sonra 600 erməni əsgərinin cəsədinin toplandığını və onlardan 135-nin yaxınlarına təhvil verildiyini bildirib.
Qeyd edək ki, Azərbaycanda erməni əsirlər qat-qat çox olmasına baxmayaraq, “hamının hamıya” prinsipini təklif edən Bakıdır.