Xəbər verdiyimiz kimi, bu gün hüquq-mühafizə orqanları tərəfindən Cəlilabad rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.
Unikal.org-un məlumatına görə, RİH-nin başçısı Namiq Zeynalov rüşvət alarkən həbs edilib.
****
Hüquq-mühafizə orqanlarının əməkdaşları Cəlilabad rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir.
HİT.Az Sabah.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı saxlanılanlar var.
Qeyd edək ki, Cəlilabad rayonunun icra başçısı 2018-ci ilin fevralın 6-dan Namiq Zeynalovdur.