Prezident bu qanuna dəyişiklik etdi

ÖLKƏ
15:45 / 07.12.2020
988

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında”  Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə qərarı imzalayıb.  

HİT.Az xəbər verir ki, sözügedən qanunun 19-cu maddəsinin üçüncü hissəsinin birinci cümləsində “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə və ikinci cümləsində “əlilin” sözü “əlilliyi olan şəxsin” sözləri ilə əvəz edilib.
 

0