Azərbaycanlı dənizçinin olduğu gəmi Liviyada girov götürüldü

ÖLKƏ
09:14 / 08.12.2020
1112

Liviyanın Misrata şəhərinə dərman preparatları daşıyan gəmi Xəlifə Haftarın rəhbərlik etdiyi milli ordu qüvvələri tərəfindən ələ keçirilib.

Unikal.org xəbər verir ki, saxlanılan "Mebruka" yük gəmisinin Türkiyəyə məxsus olduğu bildirilir.

Məlumata görə, girov götürülən 17 nəfərlik gəmi heyəti arasında 9-u Türkiyə, 1 Azərbaycan, 7-si Hindistan vətəndaşıdır.

Gəminin qadağan olunan əraziyə girdiyi, təlimatlara əməl etmədiyi üçün saxlanıldığı deyilir.

0