"Vətəndaşlara tövsiyə edirik ki, möhtəşəm Qələbə paradını televizorlardan izləsinlər”.
Bunu Qaynarinfo-ya açıqlamasıda hərbi ekspert Ədalət Verdiyev deyib. Onun fikrincə, Azərbaycan hazırda ikinci bir düşmən - koronavirusla mübarizə aparır:
"Hamı Qələbə paradında iştirak etmək istəyir. Amma reallığı nəzərə almaq lazımdır. İkinci bir düşmənlə mübarizə aparırıq. Koronavirusun tüğyan elədiyi bir dönəmdə kütləvi şəkildə vətəndaşların paradda iştirakı müəyyən problemləri bəri başdan vəd edir. Ona görə də paradda iştirakçıların sayına mümkün qədər məhdudiyyətlər tətbiq ediləcək”.
Ədalət Verdiyev bildirib ki, Türkiyənin bu paradda ən yüksək səviyyədə iştirakı gözlənilir:
"Məsafə gözlənilməli və bütün tədbirlərə əməl olunmalıdır. Çünki ikinci bir təhlükəni yaxın buraxmaq olmaz. Əlbəttə, hamı istəyər ki, paradın iştirakçısı olsun. Amma mövcud vəziyyətə görə bu, mümkün deyil və bunu anlayışla qarşılamalıyıq”