Bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin onlayn iclası keçirilib.
HİT.Az-ın xəbərinə görə, iclasda “Hərbi vəziyyətin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı barədə sənəd müzakirəyə çxıarılıb.
Müzakirələrdən sonra sənəd parlamentin dekabrın 11-də keçiriləcək plenar iclasına tövsiyə olunub.
Sənədə əsasən, Azərbaycanda 2020-ci il dekabrın 12-si saat 00:00-dan hərbi vəziyyət ləğv olunacaq.