Vətən müharibəsinin ilk günündən öndə olub. Füzulidən Şuşaya kimi döyüş yolu keçib.
Söhbət Masallının Viləş kəndindən olan Xəyal Səfərlidən gedir.
O, Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçusudur.
Qazimiz 44 gün ərzində 20-dən çox yaralını, 10-a yaxın şəhidi döyüş meydanından təxliyə edib. Noyabrın 9-da isə Şuşa şəhəri istiqamətində düşmənin atdığı top mərmisi nətəcəsində yaralanıb.
Hər iki oğlu ikinci Qarabağ müharibəsində iştirak edən Mübariz Səfərov övladları ilə fəxr etdiyini deyir.
Qazinin qardaşı Vüsal hazırda işğaldan azad olunmuş Zəngilanda xidmət edir.
Xezerxeber.az