Azərbaycanda institut direktoru VƏFAT ETDİ

ÖLKƏ
16:13 / 09.12.2020
1256

Neft-qaz və qaz-kondensat yataqlarının səmərəli işlənməsi üzrə tanınmış alim, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, Milli Neft Komitəsinin vitse-prezidenti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Elmira Ramazanova vəfat edib.

O, 86 yaşında dünyasını dəyişib.

E.Ramazanova neft-qaz və qaz-kondensat yataqlarının səmərəli işlənməsini təmin etmək üçün kompleks praktiki və elmi-tədqiqat işləri aparan tanınmış alim olub.

Qeyd edək ki, Ramazanova Elmira Məmmədəmin qızı 28 oktyabr 1934-cü ildə Bakı şəhərində anadan olub. O, 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilib. 1992-ci ildən vəfatına kimi ADNSU-nun nəzdində Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsində çalışıb.

1