Cəlilabadın sabiq icra başçısı həbs edildi - YENİLƏNİB

ÖLKƏ
17:16 / 09.12.2020
1060

Məhkəmənin qərarı ilə Namiq Zeynalov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

***

Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalova irəli sürülən ittihamlar məlum olub.

HİT.Az xəbər verir ki, o, külli miqdarda mənimsəmə və külli miqdarda rüşvət almaqda təqsirləndirilir.

Ona Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığ) maddələri ilə ittiham verilib.

0