“S-400”ün alınması Türkiyənin NATO-dan uzaqlaşması demək deyil - Hulusi Akar

ÖLKƏ
10:09 / 10.12.2020
685

“Türkiyə Rusiyadan “S-400 zenit raket komplekslərinin tədarükünün bütün aspektlərini diqqətlə izləyir. Burada siyasi, müdafiə, iqtisadi və texnoloji komponentlərdən söhbət gedir”.

Bunu Türkiyənin müdafiə naziri Hulusi Akar 2021-ci il dövlət büdcəsi layihəsinin parlament müzakirələrində çıxış deyib.

Nazirin sözlərinə görə, Rusiya ilə “S-400” müqaviləsi seçim məsələsi deyil, Türkiyənin milli maraqlarının təcili bir tələbi idi.


O bildirib ki, komplekslərin sınaqdan keçirilməsi və yerləşdirilməsi təsdiqlənmiş plana uyğun olaraq davam edir.

Akar vurğulayıb ki, Rusiya komplekslərinin alınması Ankaranın NATO-dan uzaqlaşması demək deyil.

ABŞ-ın “S-400” kompleksləri və beşinci nəsil “F-35” təyyarələrinin uyğunsuzluğu ilə bağlı iddialarının əsassız olduğunu qeyd edən Akar “NATO nümayəndələrinin iştirakı ilə ortaq işçi qrupu çərçivəsində Amerika tərəfi ilə bu məsələni hazırlamağa hazırıq. Türk tərəfinin bu təşəbbüsü hələ də aktualdır”,-deyə o bildirib.

0
qafqazinfo.az