Prezidentin təltif etdiyi müəllim koronavirusdan öldü

ÖLKƏ
16:03 / 11.12.2020
1216

Göyçay rayonunda "Əməkdar müəllim” vəfat edib.

HİT.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, uzun illər Göyçayın Çərəkə kənd 1 saylı tam orta məktəbində direktor vəzifəsində çalışmış Allahverdiyev Elçin Həmid oğlu bu gün koronavirusdan vəfat edib.

Qeyd edək ki, Elçin Allahverdiyev "Tərəqqi” medalı  və "Əməkdar müəllim” fəxri adı ilə təltif edilib.

0