Cəlilabad rayonunda həkim koronavirusun qurbanı olub.
Hit.Az "report"-a istinadla xəbər verir ki, rayonun Adnalı kənd sakini, 50 yaşlı Müslim Abdıyev COVID-19 xəstəliyindən dünyasını dəyişib.
Qeyd edək ki, həkim bir müddətdir könüllü olaraq koronavirus xəstələrinin müalicəsinə cəlb olunmuşdu.
Mərhum Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında çalışırdı.