Polisə yeni xidməti avtomobillər verildi - FOTO

ÖLKƏ
11:15 / 12.12.2020
998

Daxili işlər orqanları əməkdaşlarına yeni avtomobillər verilib.

HİT.Az xəbər verir ki, yeni pikap avtomobilləri müasir yeni mobil cihazlarla təmin olunub. Amerika istehsalı olan yeni avtomobillər artıq polislərə təqdim olunub. Avtomobillər əsasən post-patrul xidməti şəxsi heyəti üçün nəzərdə tutulub. Qabaqcıl dövlətlərin polis xidmətlərinin istifadə etdiyi bu avtomobillər daha cəld manevr qabiliyyətinə malikdir.

Azərbaycan polisi artıq yeni avtomobillərlə xidmətə başlayıblar.


0