Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda keçirilən Zəfər paradında Xalq şairi Bəxtiyar Vahabzadənin şeirini və Araz çayı ilə bağlı məşhur el bayatısını səsləndirməsindən sonra güney azərbaycanlılar maraqlı addım atıb.
HİT.Az xəbər verir ki, güneyli qardaşlarımız həmin folklor nümunəsini səsləndirərək sosial şəbəkələrdə trend yaradıblar. Hər gün onlarla soydaşımız bu trendə qoşularaq Azərbaycanla birlik nümayiş etdirirlər.