Bakıda “Hyundai” sürətlə gəlib, dayanmış maşınlara çırpıldı - VİDEO

ÖLKƏ
17:17 / 12.12.2020
1030

Yüksək sürət və ara məsafəsinin düzgün seçilməməsi qəzaya səbəb olub.

“MediaPost” xəbər verir ki, hadisə paytaxtın Ziya Bünyadov prospektində qeydə alınıb. 

Tıxac nəticəsində sözügedən prospektdə avtomobillər dayanıb. Bu zaman yüksək sürətlə hərəkət edən “Hyundai” markalı avtomobilin sürücüsü maşını saxlaya bilmir. Avtomobil dayanmış maşınlardan ikisinə çırpılır. Ara məsafəsinin az olması, bir neçə avtomobilin toqquşmasına səbəb olub.

Qeyd edək ki, sözügedən prospektdə analoji qəzalar tez-tez baş verir.

0