Ölkənin daha bir bank sektorunun nümayəndəsi Pronet MMC HRM sistemindən istifadə etməyə başladı

ÖLKƏ
10:21 / 14.12.2020
649

Onlayn əməliyyatlar sahəsində innovasiyaların tətbiqini icra edən, əhalinin böyük əksəriyyətinə bank xidmətlərinin davamlılığını və dayanaqlılığını təmin edən bir qurum olaraq "Azərikard" MMC, bu işlərin yüksək keyfiyyətdə təmin edilməsi üçün əməkdaşlarına, xüsusi ilə daxili biznes proseslərinə böyük önəm verir. İnsan resursları proseslərinin avtomatlaşdırılması, kadr kargüzarlığının avtomatlaşdırılması və məvaciblərin hesablanmasının sürətləndirilməsi təşkilatın strateji proseslərinə birbaşa təsirini göstərir. 

Bu istiqamətin avtomatlaşdırılması məqsədilə "Azərikard" MMC tərəfindən elan olunmuş tenderdə bu sahədə uzun müddətli təcrübəyə malik Pronet MMC də iştirak etmişdir. Bildiyiniz kimi, proqram təminatının dayanıqlı işləməsi, tələb olunduqda yerində və operativ texniki dəstəyin göstərilməsi, ölkə qanunvericiliyinin tələblərinə cavab verilməsi, məlum pandemiya dövründə işçilərin rifahını təmin etməklə alınan ani qərarlar və istehsalat normalarına uyğunlaşdırma işlərinin proqram təminatında zamanında əks olunması baxımından, bu imkanları təcrübəli və yerli vendorun olması kimi şərtlər Pronet MMC bir mənalı olaraq bu tenderin qalibi seçilməsinə əsas vermişdir. 

Bu layihənin tətbiqi nəticəsində "Azərikard" MMC şirkəti insan resurslarının idarə olunması sahəsində müasir avtomatlaşdırılmş sistemə sahib olaraq öz daxili biznes proseslərini daha sürətli və effektiv qurmaq imkanlarını əldə edəcəkdir. Əmək haqlarının hesablanması zamanı mürəkkəb və kompleks proseslərə sərf olunan zamanı dəfərlərə qısaldaraq hesablama xətalarını sıfıra endirmiş olacaqdır.

"Azərikard" MMC Azərbaycanda sertifikatlaşdırılmış ilk prosessinq mərkəzi olaraq telekommunikasiya şirkətlərinin xidmət haqlarının, kommunal xidmətlərin, gömrük rüsumlarının və vergilərin ödənişi, mobil və internet bankçılıq, nağdsız qaydada bir kartdan digər karta pul köçürmələrinin, bankomat vasitəsilə sığorta haqlarının və depozitlərin ödənişinin, müxtəlif loyallıq proqramları və s. kimi yeni, müasir və texnoloji layihələrin tətbiqi ilə fəal şəkildə məşğuldur.

Pronet haqqında. 2003-cü ildə təsis olunan Pronet MMC (www.pronet.az)  biznes proseslərinin avtomatlaşdırılması sahəsində fəaliyyət göstərən yerli proqram təminatı istehsalçısıdır. Şirkətin proqram təminatı məhsullarının sırasına: 

İnsan Resurslarının İdarə Olunması Sistemi - ProHRM;
Qaynar Xətlərin (call center) Avtomatlaşdırılması Sistemi - ProCall;
Məktəb İdarəetmə Sistemi - ProSchool;
Elektron Sənəd Dövriyyəsi Sistemi - ProDoc;
İmtahan və Attestasiya Sistemləri - ProAsk;
Elektron Kitabxana Sistemi - ProLib və s. məhsullar daxildir. 

Pronet şirkəti bundan öncə də uğurla bir sıra dövlət və özəl sektorlarında 300-dən artıq kiçik və iri layihələr keçirmiş, həmçinin insan resurslarının avtomatlaşdırılması sistemini  Veysəloğlu Şirkətlər Qrupu, Abşeron Logistika Mərkəzi, AzeriCard, SGS Baku LTD, Hilton Hotel, RabitəBank, “Azərkosmos”, AVİCOM MMC, Centron Mağazalar Şəbəkəsi və bir sıra iri şirkət və təşkilatlarda tətbiq etmişdir.

0