Azərbaycanda nikahlar azalıb - RƏSMİ

ÖLKƏ
21:18 / 14.12.2020
792

2020-ci ilin əvvəlindən 1 dekabradək Azərbaycanda 32.656 nikah qeydə alınıb.

Bu barədə Ədliyyə Nazirliyindən (ƏN) bildirilib.

Rəsmi məlumata görə, cari ildə qeydə alınan nikahların ən çoxu yanvar ayına təsadüf edir.

Xatırladaq ki, ötən ilin yanvar-noyabr ayları ərzində qeydiyyat şöbələri tərəfindən 58 317 nikah qeydə alınıb.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, COVID-19 pandemiyası səbəbindən 2020-ci ilin martından etibarən Azərbaycanda toyların keçirilməsi qadağan olunub.

 

2
Modern.az