Rüstəm Muradov Azərbaycana təhvil verilənlərin sayını açıqladı

ÖLKƏ
09:35 / 15.12.2020
1000

Azərbaycanın səlahiyyətli orqanlarına 12 nəfər təhvil verilib.

HİT.Az xəbər verir ki, bunu Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri general-leytenant Rüstəm Muradov deyib.

Onun sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən, "hamının hamıya” prinsipi ilə əsirlərin mübadiləsi həyata keçirilib.

"Nəticədə, şəxsi nəzarətim altında Rusiya Aerokosmik Qüvvələrinin təyyarəsi ilə 12 nəfər Bakıya gətirilib və Azərbaycanın səlahiyyətli orqanlarının nümayəndələrinə təhvil verilib. Azərbaycan tərəfi isə 44 nəfəri Ermənistana qaytarıb. Rusiyalı sülhməramlıları üçtərəfli razılaşmanın ciddi şəkildə həyata keçirilməsinə töhfə verməyə davam edəcəklər”.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib ki, danışıqlar iki həftə davam edib.

0