Azərbaycana bu vaksinlərdən gətirilə bilər - ADLAR

ÖLKƏ
15:53 / 15.12.2020
1153

Vaksinin efeltivliyi və təhlükəsizliyi haqqında hələ tam dəqiq məlumat vermək çətindir, ancaq ancaq ümidverici xəbərlər var.

Trend-in məlumatına görə, bunu TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı bu gün keçirilən brinfinqdə deyib.

R.Bayramlı bildirib ki, müxtəlif şirkətlər tərəfindən təklif edilən vaksinlər var. Onun sözlərinə görə, Azərbaycan 5 mövcud vaksinlə tanış olub. Bu vaksinlər ABŞ-Almaniya tərəfindən birgə istehsal edilən, Rusiya (Sputnik V), ABŞ (Moderna) Oxfort universitetində (İngiltərə, İsveç alimləri və AstraZeneca Şirkəti ilə birgə hazırlanan) və Çində (Sinovac) istehsal edilən vaksinlərdir.

0