Azov dənizi əvvəlkindən daha tez donmağa başlayıb, Xəzər dənizinin şimalında isə buzun qalınlığı normadakından 30% çoxdur.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti”yə Rusiya Hidrometeoloji Mərkəzinin elmi rəhbəri Roman Vilfand bildirib.
“Bu, Rusiyanın avropa hissəsinin cənubunda kəskin şaxtaların qeydə alınmasındandır. Taqanroq körfəzində Azov dənizini buz örtməyə başlayıb. Həmçinin Xəzər dənizinin şimalı donmağa başlayıb. Özü də qiymətləndirmələrə görə, dəniz buzlaşması bu dövr üçün olan adi göstəriciləri 30% üstələyir. Söhbət buzun qalınlığı və sahəsindən gedir”, - Vilfand deyib.