DİN-dən Bakıda karantinə məhəl qoymayan restoranda reyd: 28 müştəri saxlanıldı

ÖLKƏ
17:04 / 19.12.2020
899

Paytaxtın Səbail rayonunda sərtləşmiş xüsusi karantin rejim qaydalarını pozaraq fəaliyyət göstərən restoran aşkarlanıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Səbail RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Badamdar qəsəbəsi, Əli Nəzərov küçəsində yerləşən restoranın icarədarı Nadir Səmədov, həmçinin orada olan 28 nəfər şəxs saxlanılaraq polis idarəsinə gətiriliblər.

Saxlanılan şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq protokollar tərtib olunaraq, inzibati tənbeh tədbiri tətbiq olunub.

0