İcra başçısının koronavirusdan sağalan müavini dünyasını dəyişdi

ÖLKƏ
13:46 / 20.12.2020
2377

Sumqayıt şəhər İcra Hakimiyyət Başçısının müavini Sahib Quliyev vəfat edib.

MilliYol.Az APA-ya istinadən xəbər verir ki, S.Quliyev bir müddət öncə koronavirusa yoluxub və müalicə olunaraq sağalmışdı.

Ötən gün isə qəflətən ürəktutmasından vəfat edib.

Allah rəhmət etsin!

Qeyd edək ki, S.Quliyev 2011-ci ildən Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışırdı.

0