Azad edilmiş rayonlarda yerləşən qoşunlarımızın təminatının daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər davam etdirilir.
Müdafiə Nazirliyindən HİT.Az-a verilən məlumata görə, bölmələrimizin dislokasiya olunduğu rayonlara yeni yollar çəkilir, dağlıq ərazilərdəki mövqelərdə döyüş növbətçiliyi və qoşun xidməti təşkil olunur.