Sakinlərin Şuşaya köçürüləcəyi tarix AÇIQLANDI

ÖLKƏ
16:00 / 21.12.2020
3915

“Güman edirəm ki, ən azından gələn ilin yayında bir qism insanların Şuşaya köçürülməsi baş verəcək”.

Bunu Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri, Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işləri ilə bağlı şəhərdə səfərdə olan Faiq İsmayılov deyib.

Onun sözlərinə görə, hazırda Şuşanın tam su təchizatı ilə bağlı az iş qalıb, bu istiqamətdə işlər yekunlaşır:

“Generatorlar vasitəsilə bütün şəhər işıqlandırılır. Şəhərdə 3-5 mərtəbəli binalar var ki, onlar dağdılmayıb. Həmin binalar təmir olunmalıdır. Onlar asanlıqla bərpa olunacaq və insanlar tezliklə ora köçürüləcəklər”. 

0
Report.az